25 Noyabr 2023 19:14
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə ayrı-ayrı şəxslər tərəfindən doğru olmayan məlumatlar yayılır və təəssüf ki, bəzi saytlar dəqiqləşdirmədən bu yalan məlumatları xəbərə çevirirlər.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətindən bildirilib.

“Əvvəla, Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyliyə mənzil verilməyib. İkincisi, Yazıçılar Birliyinin sədri Anarın katibəsinin adı mənzil təqdim edilən şəxslərin siyahısında yoxdur. Bundan başqa, Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov Birliyin üzvü deyil. Son olaraq, İlqar Fəhminin katibəsi kimi təqdim edilən Şəmsiyyə Camalova İdarənin kompüter operatorudur”, - məlumatda vurğulanıb.

AYB media nümayəndələrindən məlumatları yayarkən dəqiqləşdirmə aparmalarını xahiş edib.

Qeyd edək ki, AYB-nin 21 nəfərə mənzil verməsi müzakirələrə yol açıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər