5 Dekabr 2023 11:47
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il millət vəkilləri tərəfindən qaldırılan məsələlər öz həllini tapıb.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında baş nazir Əli Əsədov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev müasir inkişaflı Azərbaycan modelini yaradıb: “Əsrə bərabər 20 ilin ən şanlı səhifəsi ərazi bütövlüyümüzün bərpası idi. Bu ilin sentyabrın 19-20-də keçirilən bir günlük antiterror tədbirləri ölkəmizin suverenliyinin tam bərpası ilə başa çatıb.

Baş nazir vurğulayıb ki, 2024-cü il dövlət büdcəsində orta müddət üçün əsas çağırışlar və hədəflər nəzərə alınıb:

"Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, Böyük Qayıdış konsepsiyasının icrası uğurla davam edir. İnsanların köçürülməsi prosesi həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurun bərpasına 12 milyard manat vəsait ayrılıb. İnsanların köçürülməsi prosesi həyata keçirilir. Həmçinin Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı təmin edilir. Son 5 il ildə 4 iqtisadi paket həyata keçirilib. Xidmətlərə əl çatanlığın təminatına tam şərait yaradılıb. Bu bölgədə həyata keçirilən layihələr regionun sürətlə bərpasına xidmət edir".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər