20 Yanvar 2015 12:30
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 19-da Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib.

Teleqraf.com FHN-in rəsmi saytına istinadən xəbər verir ki, mərasimdə iştirak edən Azərbaycan Respublikası Hövqəladə Hallar nazirinin müavinləri, nazirliyin məsul işçiləri, FHN Akademiyasının müəllim heyəti və kursantlar əvvəlcə Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Sonra Akademiyanın rəisi general-mayor Pənah Süleymanov mərasimi açaraq bildirib ki, müstəqilliyimiz uğrunda mübarizədə həlak olan Qanlı Yanvar şəhidlərinin xatirəsi hər zaman ürəklərdə yaşayacaq. Şəhidlərin qəhrəmanlığı gənclər üçün bir vətənpərvərlik örnəyidir.

Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev çıxışında xalqımızın müstəqillik və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəsi tarixində şanlı səhifələrdən biri olan 20 Yanvar hadisələrindən ətraflı bəhs etmiş, həmin ağır günlərdə ulu öndər Heydər Əliyevin respublikamızın Moskvadakı Daimi nümayəndəliyinə gələrək öz xalqı ilə həmrəyliyini nümayiş etdirdiyini, məhz onun yenidən siyasi hakimiyyətə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildiyini vurğulayıb.


Mərasimdə Akademiyanın rəis müavini polkovnik Afət Qurbanov Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların şücaətindən bəhs edən məruzə ilə çıxış edib.

Sonda Qanlı Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş olunub.


Müəllif:

Oxşar xəbərlər