7 Dekabr 2023 18:36
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yeni rüsumlar müəyyən edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə məsələ “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, gəmi tarixinin fasiləsiz qeydlər sənədinin verilməsinə, dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsinə görə 65 manat rüsum ödəniləcək.

Qeyd edək ki, bu barədə məsələ Milli Məclisin dekabrın 8-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər