8 Dekabr 2023 12:05
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni seçkilərin elan olunmasını ölkəmizdə sabitliyə, təhlükəsizliyə töhfə verəcək, islahatlara və inkişafa yol açacaq bir hadisə kimi qiymətləndirmək istəyirəm”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı deyib.

“Ümid edirəm ki, bu seçkilərdən sonra Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoymaq imkanı əldə edəcək”, - deyə Millət vəkili əlavə edib.

O bildirib ki, Ermənistanla bizim aramızda müəyyən razılaşmanın əldə olunmasını, hərbi əsirlərin geri qaytarılmasını müsbət hadisə kimi qiymətləndirirəm:

"Və hesab edirəm ki, bu, həqiqətən də Ermənistanla bizim aramızda sülh sazişinin imzalanmasına töhfə verə bilər. Amma konstitusiyamıza görə, Azərbaycan Respublikasının Milli Məclisi sülh sazişinə razılıq verməlidir. Azərbaycan Respublikasının Prezidenti konstitusiyanın 109-cu maddəsinin 7-ci bəndinə görə, dövlətlərarası və hökumətlərarası müqavilələr imzalaya bilər. Amma sülh sazişi beynəlxalq müqavilənin xüsusi növü olduğuna görə, konstitusiyada onun Milli Məclisin razılığı ilə edilməsi nəzərdə tutulur. Ona görə də, təklif edirəm ki, yaxın vaxtlarda Xarici İşlər Nazirliyinin, Prezident Administrasiyasının nümayəndələrinin də iştirakı ilə belə bir müzakirələr keçirilsin. Və biz Azərbaycan Respublikasının Prezidentinə sülh sazişi imzalamaq səlahiyyəti verək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər