12 Dekabr 2023 11:42
359
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəfər seçkilərinin təqvimi artıq başlanıb. İki ay ərzində dövlətin, hakimiyyət orqanlarının, cəmiyyətin üzərinə düşən müəyyən işlər var ki, bunlar artıq bəllidir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc jurnalistlərə açıqlamasında deyib.

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əfv qərarının olub-olmayacağı barədə sualı cavablandıran Zahid Oruc bildirib:

“İndiyədək 69 əfv sərəncamı ilə 9 minə yaxın insan azadlığına qovuşub. Bu proses 1998-ci ildən davam edir, bəzən ildə iki dəfə həyata keçirilir. 11 amnistiya qərarı ilə isə on minlərlə insan azadlığına qovuşub və bu, cəza sisteminin özünü humanistləşməsi üçün də önəmli rol oynayıb. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində belə bir addımın atılıb-atılmayacağına gəlincə, əlbəttə ki, bu, dövlətin qərar verəcəyi bir məsələdir. Əfv Məsələləri Komissiyası bunun üzərində addım ata bilər. Lakin bu barədə komissiya üzvü kimi ayrıca fikir söyləmək subyektiv olar".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər