Azərbaycan Xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Neftçala rayonunda böyük ehtiramla anılıb.
Anım mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarələrin, müəssisələrin, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri ziyalılar və rayon ictimaiyyəti iştirak edib.
Mərasimdə Ulu Öndər Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan əzəmətli heykəli ziyarət olunub, gül dəstələri düzülüb, dərin hörmət və ehtiramla anılıb.