15 Dekabr 2023 10:55
338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya dövrünün təhsilə təsirləri uzun müddətli olacaq. Tədqiqat və araşdırmalar da məhz bu istiqamətdə aparılmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışında deyib.

Onun sözlərinə görə, hədəf pandemiyadan əvvəl təhsil sisteminə qayıtmaqdır:

"Pandemiyanın emosional baxımdan və təhsilə verdiyi təsirlər həllini tapmalıdır. Həmin müddətdə təhsil 200 gündən artıq distant formada keçirildi və 158 mindən çox şagird məktəbə bu formatda başladı. Bu dövr xalqımız üçün sınaq dövrü oldu. Təhsil pandemiyadan əvvəl yüksələn xətlə inkişaf edirdi. Amma COVID-19 dövründə bu, azalan xətlə davam etdi. Növbəti 5 ildə hədəf pandemiyadan əvvəlki təhsil sisteminə qayıtmaqdır".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər