16 Dekabr 2023 17:02
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan seçicisi ilk dəfə Xankəndidə səs verərək tarixə düşəcəyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə qurumun bu gün keçirilən iclasında danışıb.

"Xankəndidə məhz həmin binada (Xankəndidə Prezidentin gəzdiyi binanın nəzərdə tutur - red) Azərbaycan seçicisi səs verəcək. İlk orada səs verən, orada 18 yaşı tamam olan və ilk dəfə səs verən vətəndaşı da tarixə salacağıq”, - MSK sədri bildirib.

M.Pənahov KİV-lərə də çağırış edib: "Azad edilmiş ərazilərdəki seçkilər daha yaxşı işıqlandırılmalıdır. Artıq dünya Azərbaycan xalqının orada oturuşduğunu bilməlidir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər