18 Dekabr 2023 10:59
258
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarşımızda gözəl imkan yaranıb. 2024-cü ilin sonunda Bakıda dünyanın bir çox ziyalı insanları yığışacaq. Biz buna hazırlaşmalıyıq. Ən vacib sərginin açılışı o zaman olacaq. Mən indidən rəssamlarımızı o sərgiyə hazırlaşmağa çağırıram".

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov “Mədəni irs” forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan rəssamının keçmiş sovet məkanında özünəməxsus yeri var idi:

"Bütün müzakirələrdə bu, qeyd olunurdu. Azərbaycan məktəbi özünəməxsus idi. Hazırda biz rəssamlıq sahəsində çox vacib mərhələdəyik. Amma zirvəyə qalxmağa çalışmalıyıq".


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər