Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu şəhərlər arasında səyahət etməyi planlaşdıranlara aviabiletləri öncədən əldə etməyi tövsiyə edir.
Bu barədə Teleqraf.com-a AZAL-dan bildirilib.
Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Bununla əlaqədar olaraq aviaşirkət sərnişinlərə ən uyğun uçuş vaxtını seçmək və narahatlıqla qarşılaşmamaq üçün biletləri əvvəlcədən almağı məsləhət görür.
Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və yaxud AZAL-ın kassalarından əldə etmək mümkündür.