24 Dekabr 2023 13:55
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 23-də günün ikinci yarısından ölkə ərazisində dəyişən hava şəraiti ilə əlaqədar əhalini ehtiyatlı olmaq, yüngül konstruksiyalı müvəqqəti tikililərdən uzaq durmaq, reklam lövhələri və hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, güclü küləklə müşayiət olunan yağıntılı hava şəraiti dekabrın 25-i gündüzədək davam edəcək.

G.Məmmədova xatırladıb ki, şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində dekabrın 23-də günün ikinci yarısından hava şəraiti dəyişib, bəzi yerlərdə güclü qərb küləyi əsib.

"Küləyin maksimal sürəti Tərtər, Naftalanda 32 m/s, Bərdə, Gəncə, Daşkəsəndə 30 m/s, Ağdam, Yardımlı, Tovuzda 28 m/s, Mingəçevirdə 26 m/s, əksər rayonlarda isə 25 m/s-dək güclənib. Bakıda və Abşeron yarımadasında isə 24 m/s-yə çatıb. Güclü külək nəticəsində bəzi rayonlarda, o cümlədən Gəncə, Tərtər, Bərdə, Qubada fəsadlar yaranıb. Ayrı-ayrı yerlərdə isə yağış yağıb, dağlıq rayonlara yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Gədəbəydə 8 sm, Göygöl, Daşkəsən, Ordubadda 3 sm olub", - Proqnozlar bürosunun direktoru əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər