26 Dekabr 2023 17:39
367
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Bərdə rayonunun Türkmən kəndində baş tutub.

Teleqraf.com xəbər verir ki, aksiyaya B.Hacıyev küçəsindən üz tutan sakinlər yeni salınmış yaşayış massivinə küçə qaz xətlərinin çəkilməsini xahiş ediblər. Sahil Qurbanovun müraciəti qaz sızması, Səfa Qasımovun müraciəti isə fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı olub. Görüşə üz tutan hər bir vətəndaşın müraciəti fərdi olaraq dinlənilib, sakinlərə ətraflı izahatlar verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər