26 Dekabr 2023 19:06
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov dekabrın 26-da Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının ləğv edilməsi barədə Sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası ləğv edilsin.
2. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi:
2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş qurumun ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
3.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;
3.2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;
3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. “


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər