28 Dekabr 2023 14:48
300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 28-də "Vəkil Günü" peşə bayramı münasibətilə ənənəvi olaraq Vəkillər Kollegiyasının rəhbərliyi, orqanları və qurum rəhbərləri Fəxri xiyabanı ziyarət edib.

Teleqraf.com xəbər verir ki, Vəkillər Kollegiyasının rəhbərliyi, orqanları və qurum rəhbərləri Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsi dərin ehtiramla yad edilib. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Daha sonra Vəkillər Kollegiyasının rəhbərliyi, orqanları və qurum rəhbərləri Şəhidlər xiyabanında ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər, xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-i ölkəmizdə “Vəkil Günü” peşə bayramı kimi qeyd olunur.


Müəllif: Hacı Zeynalov