7 Yanvar 15:32
1 432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda bütün dünyada koronavirusun “Omikron” ştammının mutasiya variantları davam edir. Azərbaycanda da modul tipli xəstəxanaların açılması göstərir ki, epidemioloji vəziyyətin biz də fərqindəyik.

Bunu Teleqraf.com-a açıqlamasında Professor Adil Qeybulla deyib.

Onun sözlərinə, ayrı-ayrı ölkələrdə identifikasiya olunmuş mutasiya variantları ilə bağlı mütəmadi işlər görülür:

“Qloballaşmış dünyada yaşayırıq. Lokal bir yerdə olan proses digər yerlərə çox asanlıqla yayılır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun olaraq, infeksiyanın yayılmasının qarşısını almaq, vaxtında lokallaşdırmaq üçün lazımi tədbirlər görülməlidir və görülür. Bu, pandemiyanın afterşokları kimi dəyərləndirilə bilər. Yəni bu da yavaş-yavaş virusun sona doğru getməsinə işarədir.

Sadəcə qış fəslinin olması, ayrı-ayrı virus infeksiyalarının fəallaşması da burda rol oynayır. Pandemiyanın geri qayıtması mümkün deyil. Çünki infeksiya zənciri qırılıb. Başqa yerlərdə isə bir müddət epidemiya ocaqlarının fəallaşması mümkün görünür. Epidemiyaya uyğun davranış, karantin qaydalarının gözlənilməsi sərgilənməlidir. Biz şəxsi gigiyena və personal karantin qaydalarını artıq bilirik. Əllərin yuyulması, maska taxılması, məsafə gözlənilməsi, müxtəlif yerlərin mütəmadi təmizlənməsi, dezinfeksiya tədbirləri görülməlidir. Xəstələnən şəxslərin izolyasiyası prosesi bir müddət davam edəcək”.

Adil Qeybulla bildirib ki, sağlamlığı təhdid edən on amildən biri qarşıda bizi gözləyən qrip pandemiyasıdır:

“Bu, nə vaxtsa baş verəcək. Zaman demək çətindir. Çünki qrip virusu mutasiya edir. Nə vaxtsa onun da təhlükəli ştammı ortaya çıxacaq. Fakt odur ki, sürətlə bir virus infeksiyasının yayılması gedir. Ola bilər, bu, qripin və ya koronavirusun "Omikron" ştammının mutasiya variantı olsun. Hər halda proses davam edir. Bu, epidemioloji durumdur. Uyğun karantin tədbirləri aparılmalıdır. Çünki bu virus hava-damcı yolu ilə yayılan infeksiyalardır. Qarşısı vaxtında alınmalı və lokallaşdırılmalıdır".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər