Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi konsert proqramı ilə anılıb.
Teleqraf.com xəbər verir ki, Parisin 1-ci rayonunda təşkil olunmuş konsertdə musiqi və incəsənət, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konsertdə gənc azərbaycanlı pianoçu Eldəniz Ələkbərzadə və skripkaçı Surə Rüfət Azərbaycan və klassik bəstəkarların musiqilərini səsləndiriblər. Onlar İ. S. Bax, K. Debüsi, F. Kreisler və B. Dvarionas kimi klassik bəstəkarlarla yanaşı, Qara Qarayev, Arif Məlikov və Azər Dadaşovun bəstələrini də ifa ediblər.
Azərbaycanlı gənc və istedadlı musiqiçilərin ifası alqışlarla qarşılanıb.
Qeyd edək ki, pianoçu E. Ələkbərzadə və skripkaçı Surə Rüfət milli və beynəlxalq səviyyələrdə keçirilmiş müsabiqələrdə iştirak ediblər. Onlar Beynəlxalq müsabiqələr laureatıdırlar.