Azərbaycanda vətəndaşların “Whatsapp” hesablarının ələ keçirilməsi halı müşahidə olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Xidmət vətəndaşlara təhlükəsizliklə bağlı tədbirlərin görülməsini və belə hallarla qarşılaşdıqda 1654 qaynar xətti ilə əlaqə saxlamalarını tövsiyə edib.