6 Fevral 10:04
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qardaş Türkiyədə böyük insan tələfatı və dağıntılarla nəticələnmiş dəhşətli zəlzələnin birinci ildönümündə faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, zəlzələ baş verdikdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, FHN-in qüvvələri bacı-qardaşlarının yardımına yetişib:

"Dağıntılar altından insanların xilas olunması, səhra hospitalları və çadır şəhərciklərinin qurularaq zərərçəkmişlərə zəruri xidmətin göstərilməsi, humanitar yardımın çatdırılması kimi əməliyyatları uğurla yerinə yetirib. Həm sevincli, həm də kədərli günündə səninləyik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər