19 Fevral 10:51
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə Kliniki Tibbi Mərkəzə yerləşdirilən Xalq yazıçısı Mövlud Süleymanlının vəziyyəti ağırdır, süni tənəffüs aparatına qoşulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, hazırda yazıçı huşsuz vəziyyətdədir: “Hemodinamik göstəriciləri stabildir, kompüter müayinəsi olunub, müsbət dinamika qeyd olunur”.

Qeyd edək ki, M. Süleymanlı insult keçirib, beyninə qan sızıb. O, fevralın 15-i Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər