20 Fevral 11:42
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

O bildirib ki, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin bu ilin yanvarın 17-də məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər