27 Yanvar 2015 19:51
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 62.863 ədəd artaraq 1.308.540 olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu barədə yanvarın 27-də DİN-də 2014-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib.

R.Usubov qeyd edib ki, fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində həyata keçirilən profilaktiki tədbirlər də pozitiv nəticələrlə müşayiət olunub. Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 62.863 ədəd artaraq 1.308.540 olub və bu artımın fonunda yol-nəqliyyat hadisələrinin, ölən və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb.

Onun sözlərinə görə, 2013-cü illə müqayisədə hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə olan inzibati hüquqpozmaların aşkarlanması 65 faiz çox olmaqla 2.355.222 xəta təşkil edib. O cümlədən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı 59,3 faiz çox və ya 16.606, sürət həddinin aşılması ilə əlaqədar 2,4 dəfə çox və ya 720.303, ötmə və manevr qaydalarının pozulması ilə bağlı 2,7 dəfə çox və ya 233.968, sərnişindaşıma qaydalarının pozulması ilə bağlı 16 faiz çox və ya 5.480 inzibati xəta müəyyən olunub. Şüşələrinə pərdə və plyonka çəkilmiş 7.901 avtomobil, avtoxuliqanlığa görə 580 nəfər aşkarlanaraq qanunauyğun tədbirlər görülüb.

2,3 milyondan çox müvafiq xətanın 39,6 faizi isə (933.576-si) foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkarlanıb.

Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2013-cü illə müqayisədə 68,3 faiz çox və ya 2.444.042 protokol tərtib olunub, nəticədə 2.336.488 nəfər cərimələnib, 4312 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 40.069 şəxsə xəbərdarlıq edilib.


Müəllif:

Oxşar xəbərlər