19 Mart 14:42
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatının bir qrup əməkdaşı və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) mütəxəssislərindən ibarət nümayəndə heyəti ötən il Türkiyədə zəlzələ baş verdiyi Hatay bölgəsinə gediblər.

Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.

Bildirilib ki, təbii fəlakət nəticəsində tikililərə və infrastruktura dəymiş zərərin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, Azərbaycan mütəxəssislərinin bir qrupu Hatayda təbii fəlakətin fəsadları ilə tanış olublar. Orada hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə bir neçə binaya vizual baxış keçirilib, ziyanın növü və dərəcəsinin xüsusi proqram vasitəsilə təyin edilməsi, binalarla bağlı sonrakı addımların müəyyənləşdirilməsi istiqamətində praktiki işlər icra olunub.

Bundan başqa, İstanbulda səfərdə olan FHN-in nümayəndə heyəti tikintidə təhlükəsizliyə nəzarət, təbii fəlakətlər nəticəsində tikililərə və infrastruktura dəymiş zərərin qiymətləndirilməsi, Elektron Beton İzləmə Sisteminin (EBİS) tətbiqi sahələrində əldə olunmuş razılaşmalarla əlaqədar zəruri işlərin həyata keçirilməsi, təcrübə-məlumat mübadiləsinin davam etdirilməsi və qarşıda duran vəzifələrin müzakirə ediblər.

Türkiyəyə səfər çərçivəsində təşkil edilmiş görüşlərdə Türkiyənin Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Tikinti işləri üzrə Baş idarəsi rəhbərinin müavini İsmayil Tuna Cebecioğlu, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, qeyd olunan dövlət qurumlarının mütəxəssisləri və özəl şirkətlərin nümayəndələri iştirak edib.

Görüşlərin sonunda “Azərbaycan və Türkiyə hökumətləri arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol”dan irəli gələn tədbirlərin icrasının növbəti mərhələsi barədə razılıq əldə olunub.


Müəllif: Teleqraf.com