28 Yanvar 2015 21:17
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisad Universiteti (ADİU) ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi anlaşma memorandumu imzalayıb

Yanvarın 28-də Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) arasında təhsil, elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair anlaşma memorandumu imzalanıb.

Sənədi ADİU-nun rektoru Ədalət Muradov və QKDK-nin sədri Rüfət Aslanlı imzalayıblar.
Tərəflər arasında bağlanmış müqavilənin prioritet məqsədi ali təhsil müəssisəsində qiymətli kağızlar bazarı, onun məhsul və xidmətləri barədə maarifləndirilmə işinin təşkili və tədrisinə dəstək verilməsi, o cümlədən yüksək ixtisaslı kadrların hazırlanmasında əməkdaşlıq etməkdir.

QKDK-nin sədri Rüfət Aslanlı çıxışı zamanı bildirib kikomitənin nəzdində fəaliyyət göstərən Kapital Bazarı üzrə Təlim Mərkəzi tələbələrin əmək bazarında rəqabətqabiliyyətli kadr kimi yetişməsində müxtəlif növ təlim proqramları təşkil edəcək. Sədr təklif edib ki, ictimaiyyətdə qiymətli kağızlar bazarı üzrə biliklərinin təbliğatının artırılması üçün tələbələr “Kapital bazarının səfirləri” kimi fəaliyyət göstərsinlər. Razılaşma çərçivəsində tələbələrin praktik biliklərə sahib olması üçün ali təhsil müəssisəsində birja laboratoriyası da yaradılacaq.

SEVİL


Müəllif:

Oxşar xəbərlər