1 Aprel 12:01
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ombudsmanın tövsiyəsi əsasında psixiatriya müəssisələri ilə əlaqədar yeddi klinik protokol tərtib olunub.

Teleqraf.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusunda keçirilən dəyirmi masada deyib.

O qeyd edib ki, psixi sağlamlıq üzrə Milli Strategiyanın hazırlanması, psixiatriya xəstəxanalarında müalicə olunan pasiyentlər üçün Müalicə İstehsalat Əmək Emalatxanalarının yaradılması, psixo-sosial reabilitasiya mərkəzlərinin açılması, psixi sağlamlıq sahəsində elmi tədqiqatların aparılması Səhiyyə Nazirliyinin planlarındadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər