29 Yanvar 2015 09:30
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sloveniya 2016-cı ilin ortalarında Bakıda səfirliyini açmağı planlaşdırır.

Bu barədə Trend-ə Sloveniyanın Azərbaycandakı səfiri (iqamətgahı Ankarada yerləşir) Milan Yazbeç deyib.

Diplomat ötən il Elnur Allahverdiyevin Sloveniyanın Azərbaycanda fəxri konsulu təyin edilməsini iki ölkə arasındakı münasibətlərdə böyük addım adlandırıb: "Növbəti mühüm addım Bakıda səfirliyin açılması olacaq. Biz bu məsələlər üzərində çalışırıq".

Onun sözlərinə görə, hər iki ölkə beynəlxalq məsələlərdə oxşar baxışlara malikdirlər: "Siyasi dialoq çox vacibdir. Lakin siyasi dialoqun daha bir hədəfi ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Biz hər bir siyasi səfərin həm də iqtisadi xarakter daşımasına çalışırıq. Əmtəə dövriyyəsinin son göstəricisi [Sloveniya ilə Azərbaycan arasında] 15 milyon dollar təşkil edir, lakin bu, azdır. Biz bu göstəricini artırmağa çalışırıq".


Müəllif:

Oxşar xəbərlər