Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, keçirilmiş tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan 10 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.