8 Aprel 17:26
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) sosial şəbəkə hesabında paylaşılan post müzakirələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki, universitetin feysbuk səhifəsində paylaşılan post ADAU-nun tələbə evlərində “Ayın ən təmiz otağı” layihəsinə həsr olunub.

Belə ki, “Ayın ən təmiz otağı”na ADAU THİK-in təyin etdiyi komissiya üzvlərinin ayaqqabı ilə daxil olması istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.

Əksəriyyət otaqlara ayaqqabı ilə daxil olmağın düzgün olmadığını, bəziləri isə baxıl geyinilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, universitetin 2 saylı Tələbə evində keçirilən ilk yoxlamalar zamanı aprel ayının qalibləri 215 nömrəli otağın sakinləri - I kurs tələbələri Canpolad Əliyev və Tacir İsbatov seçilərək, pul mükafatına layiq görülüblər.



Müəllif: Teleqraf.com

Oxşar xəbərlər