17 Aprel 12:30
2 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Əbülfət Həsənova nazirliyin Katibliyinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Ədliyyə Nazirliyindən Teleqraf.com-a bildirilib ki, bundan əvvəl, Əbülfət Həsənov Daxili İşlər Nazirliyi Katibliyinin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyib.

Nazirin digər əmrləri ilə İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev işdən azad edilib və həmin vəzifənin icrası Bərdə regional ədliyyə idarəsinin rəisi Fəqan Şabanova həvalə olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər