Latviya Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası ilə bağlı əldə olunan razılaşmanı alqışlayıb.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bunu latviya xarici işlər naziri Bayba Braze X sosial şəbəkəsindəki hesabında yazıb.
“Mən 1991-ci il Almatı Bəyannaməsinə əsaslanan iki ölkə arasında sərhədlərin demarkasiyası çərçivəsində Ermənistan və Azərbaycan arasında imzalanmış sazişi alqışlayıram. Bu, İrəvan və Bakı arasında sabit sülh sazişi yolunda mühüm addımdır”, - nazir bildirib.