Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən qurumlarının struktur bölmələri və ərazi obyekt qüvvələri ilə fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Teleqraf.com xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı fəaliyyət üzrə əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, komandir-rəis heyəti tərəfindən fövqəladə hal nəticəsində yaranmış əməliyyat şəraitinin qiymətləndirilməsi, təkliflərin hazırlanması, müvafiq qərarların qəbul edilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində təcrübəlann daha da artıılması, eyni zamanda, şəxsi heyətin xilasetmə yanğınsöndürmə və texnogen qəzaların nəticələrinin aradan qaldırılması sahələrində fəaliyyətinin təkmilləşdirilməsindən ibarət olub.
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev jurnalistlərə açıqlamasında deyib ki, bu gün Fövqalədə Hallar Nazirliyinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Sumqayıt Regional Mərkəzinin dislokasiya ərazisinə daxil olan rayonlarda nazirliyin böhran vəziyyətlərində idarəetmə mərkəzlərindən daxil olmuş məlumat əsasında nazirliyin təsdiq etdiyi plan üzrə taktiki xüsusi təlimin keçirilməsi təmin edilib:
"Təlimə nazirliyin 10 qurumu, 600 nəfərə yaxın şəxsi heyəti, 90 ədəd texnikası, üç it və bir helikopter qatılıb. Təlimin qarşısına qoyulan məqsədə yüksək müvəffəqiyyətlə nail olub. Təlim zamanı Sumqayıt Regional Mərkəzi ilə nazirliyin digər struktur bölmələri arasında qarşılıqlı fəaliyyətin təşkili, koordinasiyanın qurulması, eyni zamanda Sumqayıt ərazisində şərti baş vermiş dağıntıların nəticələrinin aradan qaldırılmasında Sumqayıt obyekt qüvvələri ilə qarşılıqlı koordinasiyanın təşkili təmin edilib.
Təlim zamanı həmçinin yüksək innovativ texnologiyadan faydalanmaqla dislokasiya ərazisinin müxtəlif bölgələrində baş vermiş fövqalədə halların aradan qaldırılmasının cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin aiddiyətı struktur bölmələrinin fəaliyyəti onlayn formatda izlənilib".