7 May 11:20
360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, bu təkliflə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında çıxış edib.

Spiker bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci-vitse Prezidenti Mehriban Əliyevanın təşəbbüsləri ilə çox böyük işlər, humanitar aksiyalar həyata keçirilib: "Vətən müharibəsində, pandemiya dövründə Heydər Əliyev Fondu misilsiz xidmətlər göstərib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya Ədalət kampaniyası çərçivəsində mühüm layihələr icra olunub".

Deputatlar sədrin təklifini yekdilliklə qəbul ediblər.


Müəllif: Tapdıq Qurbanlı