7 May 18:35
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi sosial şəbəkədə məlumat yayıb.

Qeyd olunub ki, bağça müdiri işə qayıtdıqdan sonra barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək.

Xatırladaq ki, adıçəkilən uşaq bağçasının fəaliyyəti Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb, ictimaiyyətə bu barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, bir müddət əvvəl sözügedən bağçanın eks müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə səs yazısı yayılmışdı.


Müəllif: Teleqraf.com