Dövlət İmtahan Mərkəzi (DİM) və Mədəniyyət Nazirliyi tərəfindən iyunun 2-də musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçirilib.
DİM-dən Teleqraf.com-a bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 5 binada təşkil olunub. İmtahanda 1 044 namizədin (106 nəfər direktor, direktor müavini, 938 nəfər isə müəllim vəzifəsinə işə qəbul) iştirakı nəzərdə tutulurdu.
İmtahanının keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 12 imtahan rəhbəri, 102 nəzarətçi, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.
İlkin məlumatlara əsasən, 1 nəfərdə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub və araşdırma aparılır.
İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan olunması nəzərdə tutulur.