3 İyun 17:39
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar sosial şəbəkələrdə kökəlmək istəyənlər üçün mənşəyi bəlli olmayan qida əlavələri satılır. Qiyməti 18 manatdan başlayan bu məhsullara sahib olanlara 6-8 kiloqrama qədər çəki alacaqları vəd edilir.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən tibb professoru Adil Qeybulla bildirib ki, həkim məsləhəti olmadan apteklərdə arıqlamaq və ya çəki almaq üçün müxtəlif maddələrdən istifadə etmək qəti məqsədəuyğun sayılmır.

“Çünki bu gün əhalinin böyük əksəriyyətində mübadilə pozuntuları var. Bu, qidalanma və az hərəkətliliklə bağlıdır. Ona görə də bu cür maddələrin də istifadə edilməsi həkim göstərişi olmadan müxtəlif nəticələrə gətirib çıxara bilər. Hesab edirəm ki, istənilən dərman preparatının və yaxud qida əlavəsinin tətbiqi zamanı mütləq həkim göstərişindən istifadə etmək lazımdır. Ümumiyyətlə, dünyanın heç yerində özbaşına aptekdən dərman alıb istifadə etmək praktikası yoxdur. Bu baxımdan biz də yavaş-yavaş bu yolu getməliyik”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər