Aparıcı Nigar Mahmudova uçuş zamanı qəribə hadisə ilə qarşılaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib.
Nigar Mahmudova bildirib ki, "Türk Hava Yolları"ndan bilet alsa da, onu təyyarəyə buraxmaq istəməyiblər:
"Heç vaxt "Türk Hava Yolları" ilə uçmaram. Saat 01:25 uçuşuna bilet almışam. Deyirlər ki, siz ehtiyatda olan sərnişinsiniz. Çünki təyyarə artıq dolub. İzah etməyə çalışıram ki, axı, mən bilet almışam, təyyarə necə dola bilər? Deyirlər ki, əgər sərnişinlərdən kimsə gəlməsə, sizi təyyarəyə ala bilərik, yoxsa növbəti uçuşa qalacaqsınız. Bu hal hər zaman olur”.
Onun sözlərinə görə, təyyarə gecikmə ilə uçub və baqajı Bakıya göndərilməyib: "2 saat gecikdi. İndi də baqaj gəlməyib, sənəd yazılmalıdır və mən bir də buna görə hava limanına gəlməliyəm".