12 İyun 11:29
1 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın bəzi şəhərlərində polis zorakılığı və etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilməsi bizi narahat edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.

"Toplaşmaq və ifadə azadlığı hüququndan istifadə edən dinc etirazçılara qarşı həddindən artıq güc tətbiqi qəbuledilməzdir. Biz Fransa hökumətini təcili olaraq gərginliyi azaltmağa çağırırıq", - deyə məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər