18 İyun 16:42
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki həftədən sonra tələblərə cavab verməyən avtomobillərlə taksi fəaliyyəti qadağan olunacaq. Sürücülər bildiriblər ki, yeni tələblər onların işini çətinləşdirir.

Teleqraf.com Xəzər TV-yə istinadla xəbər verir ki, bəzi sürücülər verilən müddət ərzində köhnə avtomobilləri yenisi ilə əvəz etməyin çətin olduğunu qeyd ediblər. Buna görə də onlar problemləri aradan qaldırmaq üçün vaxtın uzadılmasını istəyirlər.

Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, indiyə kimi dörd mindən çox taksi fəaliyyəti üçün icazə verilib. O, bu sahədə son vaxtlar müşahidə edilən qiymət artımını da "tələb-təklif"lə əlaqələndirib.

Ətraflı süjetdə:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər