24 İyun 11:55
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiyədək Azərbaycan İlahiyyat İnstitutundan 121 nəfər məzun olub, bu il daha 52 nəfər təhsilini başa vurur.

Teleqraf.com xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan İlahiyyat İnstitutunda keçirilən "Məzun günü"ndə deyib.

Komitə sədri əmindir ki, bugünkü məzunlar Azərbaycanın ümumi inkişafına və tərəqqisinə öz töhfələrini verəcəklər:

"Çünki ixtisasımızdan, təhsilimizdən, peşəmizdən asılı olmayaraq, çox böyük qurbanlar hesabına qurulmuş dövlətimizin güclənməsinə çalışmaq hər birimizin vəzifəsidir. Qazandığımız qələbələr bizim üçün şərəfdir, eyni zamanda, məsuliyyətdir. İnanıram ki, Azərbaycan İlahiyyat İnstitutunun məzunları bu məsuliyyətin yükünü çiyinlərində daşımağa qadir peşəkarlar kimi özlərini təsdiq edəcəklər. Heydər Əliyev Fondunun işğal dövründə məhv edilmiş dini, tarixi abidələrimizin bərpası ilə bağlı başladığı missiya xalqımızın hər bir nümayəndəsinə, eləcə də bütün dünyaya tarixi bir mesajdır. Bu mesajın mənası həm də ondan ibarətdir ki, biz öz milli-mənəvi dəyərlərimizə, tarixi və mədəni irsimizə son dərəcə möhkəm tellərlə bağlı unikal bir xalqıq. İlahiyyat İnstitutunun əsas məqsədi də məhz milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə sadiq mütəxəssislər yetişdirməkdir".


Müəllif: Teleqraf.com