25 İyun 16:57
8 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dolça və balıq bürcünün nümayəndələrinin bu yay arzuları reallaşa biləcək.

Teleqraf.com xəbər verir ki, bu iki bürc bu yay arzularını gerçəkləşdirəcək. Astroloqların fikrincə, kainat onların tərəfində olacaq.

Dolça - Dolçalar dəbdəbəli həyat arzulayırlar. Bu yay onların həyat tərzlərini yaxşılaşdırmaq imkanları olacaq. Tale onlara yeni imkanlar göndərəcək, lakin onları tanımaq və yararlana bilmək çox vacibdir. Əgər bu imkanlara məhəl qoymazlarsa, uzun müddət olduqları səviyyədə ilişib qalacaqlar. Dolçalar ağıllı və cəsarətli davam etməlidirlər. Daha təcrübəli insanlardan məsləhət istəməkdən çəkinməməlisiniz. Onda uğur qazanacaq, yüksələcəksiniz.

Balıq - Balıqların ailə həyatında özünü dərk etməsi çox vacibdir. Buna görə də, bu bürcün nümayəndələri üçün bu aylar ailə haqqında düşünmək üçün yaxşı vaxtdır. Bu ay balıqlar özlərini planetin ən xoşbəxt insanları kimi hiss edəcəklər. Tənha balıqlar əsl sevgiləri ilə qarşılaşa bilərlər. Onlar romantik münasibətlərə açıq olmalıdırlar.


Müəllif: Şəbnəm Zahir