Seçici siyahılarının dəqiqləşməsi ilə bağlı işlər yekunlaşmalıdır.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında danışıb.
O qeyd edib ki, MSK seçici siyahılarının dəqiqləşdirilməsini mütəmadi aparsa da, seçkiyə 25 gün qalmışa qədər bu, başa çatdırılmalıdır.