3 İyul 09:32
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsrin müasir xəstəliyi hipodinamiyadır, yəni, fiziki aktivliyin azalması, oturaq iş, oturaq həyat, bədənin hərəkətsizliyi. Oturaq həyat zamanla, asta-asta sağlamlığa ziyan vurur. Beyini və bədəni kütləşdirir, xroniki xəstəliklər yaradıb qan dövranını pozur.

Teleqraf.com xəbər verir ki, oturaq işdə çalışanların orqanizmində bu təhlükəli dəyişikliklər baş verir:

Kabinetlərdə, ofislərdə, evdə saatlarla qalmaq, bədənin eyni vəziyyətdə olması, dizlərin qatlanması, gözün eyni şeylərə baxması, orqanizmdə oksigen çatışmazlığı beyinin lazimi qədər qidalanmamasına gətirib çıxarır. Ağciyərlər, beyin, aşağı çanaq orqanlarında qan dövranı pozulur. Bədəndə durğunluq yaranır.

Bu, getdikcə insanın xasiyyətini belə dəyişir. Onu əsəbi, depressiv vəziyyətə gətirir. Hərəkətsizlik şəkər xəstəliyi riskini də artırır.

Sümüklərdə kalsium və vitamin D üçün insan ofisdə, evdə oturub, qutu-qutu vitamin içməməlidir. Oturaq həyat sümükləri əridir. Açıq havada gəzməyən, təbiətdə çalışmayan insanda daim oksigen aclığı olur, başına qan işləmir. Hormonal balans pozulur, kökəlir, piylənir, intelekti azalır, daim gərgin, təşvişli olur. Həmçinin, hərəkət etməyən insanın ürək-damar sistemi zəifləyir. Ayaqlarda qan durğunluğu yaranır.

Bir mövqedə dayanmaq və ya masa arxasında oturmağa çox vaxt sərf edirsinizsə, onda hər saatdan bir 15 dəqiqə gəzmək üçün fasilələr verin. Fəsadlardan qorunmaq üçün günün ən azı 2-3 saatını bədəni aktiv hərəkətə cəlb etmək, işdə də olsa 15 dəqiqə gəzmək, müxtəlif yüngül dartınma hərəkətləri, gimnastika etmək lazımdır. İnsanın onurğası 3 saat eyni pozada olmamalıdır.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər