5 İyul 12:32
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə 44 günlük Vətən Müharibəsi qazisi Rəhman Nuriyevin yubileyi qeyd edilib.

Teleqraf.com xəbər verir ki, Kürdəmir rayonunda Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin rəhbəri Səmyar Abdullayevin təşkilatçılığı ilə Kürdəmir rayon sakini, 44 günlük Vətən Müharibəsi qazisi Rəhman Nuriyevin 30 yaş yubiley günü münasibəti ilə tədbir təşkil edilib. Tədbirin təşkilinə Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən dəstək göstərilib.

Tədbirdə ictimaiyyət nümayəndələri ilə yanaşı, Kürdəmir rayon icra hakimiyyətinin Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, ASAN xidmətin rəhbəri Ruslan Muradov, “ARB Günəş” televiziya kanalının rəhbəri Məhsim Məhsimov, Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrının aktyor heyəti, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin rəhbəri Səmyar Abdullayev və işçi heyəti, mədəniyyət xadimləri, onlarla qazi və Rəhman Nuriyevlə çiyin-çiyinə vuruşan döyüş yoldaşları iştirak ediblər.

Tədbirin aparılıcılığı filmin müəllifi olan Gənc Tamaşaçılar Milli Teatrının aktrisası Simuzər Ağakişiyevaya həvalə edilib.

Tədbirdə Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxış edərək Gözdən Əlillər Cəmiyyətinin göz işığını itirmiş qazilərə hər zaman böyük diqqət və qayğı ilə yanaşırdığını və daim öz dəstəyini göstərməyə hazır olduğunu bildirib. Həmçinin Rəhman Nuriyevə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən Fəxri Fərman təqdim etdi.

Ölkəmizin tanınmış mədəniyyət nümayəndələri çıxış ediblər. Respublikanın Əməkdar artisti İlham Əsədov, Gülər Nəbiyeva, Aygün Fətullayeva vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər