8 İyul 18:46
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Salyan və Saatlı rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq.

Bu barədə Teleqraf.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Ələt-Astara-İran” sərhədi “Yenikənd-Biləsuvar” avtomobil yolunun 58-ci km-də (Salyan şəhəri ərazisi) yerləşən hissəsinin genişləndirilməsi üçün tikinti sahəsinə düşən qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi məqsədi ilə əlaqədar olaraq, iyulun 9-da saat 10:00-dan etibarən işlər başa çatanadək Salyan şəhəri 20 Yanvar, Ə. Quliyev, İ. Quliyev küçələrində, həmçinin, Kürqaraqaşlı, Beştalı, Cəngən, Xocalı kəndlərində (ümumi 3 278 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin, "Qaratəpə" ölçü qovşağında quraşdırılmış "kollektordan" təbii qazla təmin edilən, diametri PE-315 mm olan "Qarayevkənd" orta təzyiqli daxili qaz kəmərində kipliyin sınağı məqsədi ilə əlaqədar olaraq, iyulun 9-da saat 10:00-dan etibarən işlər başa çatanadək Saatlı rayonunun Qarayevkənd, Çolpı, Xanlarkənd, Azadkənd, Fətəlikənd və Günəşli kəndlərində (ümumi 2343 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər