Saat 10:00-a olan məlumata görə gözlənildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, düşən yağıntının miqdarı Gədəbəydə 5 mm, Naxçıvan, Şamaxı, Şəmkir, Qusar, Sabirabadda 1 mm-dək olub.
Şərq küləyi iyulun 9-da sarı xəbərdarlığa uyğun olaraq Culfada 17 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 36, Aran rayonlarında 36-40, dağlıq rayonlarda 29 dərəcəyədək isti olub.