Xəbər verdiyimiz kimi Bərdədə 4 yaşlı uşaq evdə vurulan iynədən ölüb. 2020-ci il təvəllüdlü Əli Bayramovun evdə vurulan iynədən vəziyyəti pisləşdikdə valideynləri onu xəstəxanaya yerləşdiriblər. Həkimlərin səyinə baxmayaraq, uşaq xəstəxanada ölüb.
Hadisə ilə bağlı Teleqraf.com-a Bərdə Rayon Mərkəzi Xəstəxanasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 2020-ci il təvəllüdlü azyaşlı 13 avqust tarixində saat 22:00 radələrində aqonal vəziyyətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə gətirilib:
“Aparılan reanimasyon tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb. Saat 22:58-də ölüm faktı qeydə alınıb. Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq”,- mətbuatda qeyd olunur.