Qərar vermək hər kəs üçün çətindir, lakin bəzi bürclər üçün bu proses sözün əsl mənasında işgəncəyə çevrilir. Onlar seçimlər arasında irəli-geri gedir və nə etmək istədiklərini qətiləşdirə bilmirlər. Bu bürclər çox vaxt ən sadə qərarlar haqqında belə uzun-uzadı düşünür və sonda qənaətbəxş nəticədən məhrum qalırlar.
Teleqraf.com astroloji proqnoza görə son dərəcə qərarsız olan bürcləri təqdim edir.
Tərəzi - Tərəzi tarazlıq və harmoniya axtaran bürcdür, lakin bu xüsusiyyətlər bəzən onların qərar qəbul etmələrini çətinləşdirir. Hər şeyin ən yaxşısını və ən balanslısını tapmaq istəyən Tərəzilər bu prosesdə çox vaxt qərarsız olurlar. İki seçim arasında qalmaq onlar üçün çox adi bir vəziyyətdir. Dilemmalarda itən Tərəzilər nəhayət qərar versələr də düzgün seçim edib-etmədiklərinə əmin ola bilmirlər.
Balıqlar - Balıqlar emosional təbiəti və xəyalpərəst xasiyyəti ilə tanınır. Bu xüsusiyyətlər Balıqların qərar vermə proseslərini çətinə salır. Gerçək dünyadan uzaqlaşmağa meylli olan Balıqlar qərar anında hər iki tərəfi düşünməyə və empatiya qurmağa çalışırlar ki, bu da onların qərarsızlığını artırır. Həyatlarının bir çox sahəsində tərəddüddə olan Balıqlar çox vaxt son anda qərar qəbul edir və bəzən də bu qərarlara görə peşmançılıq çəkirlər.
Əkizlər - Əkizlər bürcü ikili xarakteri ilə tanınır. Bu iki istiqamətlilik onların qərar qəbul etmə proseslərinə də təsir edir. Əkizlər eyni anda zehinlərində çoxlu müxtəlif düşüncələr daşıyırlar. Bir tərəfdən bir işi görmək istəyirlər, digər tərəfdən isə tamamilə əks istiqamətə yönəlməyi düşünürlər. Bu daxili münaqişələr Əkizlərin qərarsızlıq böhranını artırır.
Xərçəng - Xərçəng emosional və qoruyucu təbiəti ilə seçilir. Bu xüsusiyyətlər isə çox vaxt onların qərar verməsinə əngəl yaradır. Xərçənglər sevdiklərini incitməkdən və ya səhv qərar verib peşman olmaqdan qorxurlar. Bu səbəbdən qərar verməzdən əvvəl hər ehtimalı düşünürlər ki, bu da onların qərarsız vurnuxmalarına gətirib çıxarır. Xərçənglər emosional bağları, əlaqələri nəzərə almağa çalışır və bu prosesdə daxili ziddiyyətlər yaşayırlar.