23 Avqust 09:32
286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

FHN-dən Teleqraf.com-a verilən xəbərə görə, ötən gün ərzində təyyarə Bolu-Gerede istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər