26 Avqust 10:13
372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş deputat Hüseynbala Mirələmovun oğlu yığılmış su borcunu ödəyib.

Teleqraf.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” bu barədə məhkəməyə məlumat verib.

İddiaçı Nəsimi Rayon Məhkəməsində keçirilən iclasda Mirələmovun içməli suya olan borcunu tam ödədiyini bəyan edib. Bu səbəbdən şikayət geri götürülüb. Məhkəmə iddiaçının hər hansı tələbi olmadığından şikayəti geri qaytarıb.

Qeyd edək ki, Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan Fərid Mirələmovun bir müddət əvvəl həmin ünvan üzrə mənzilə verilən içməli suya görə borcu yaranıb. Ona qanunauyğun şəkildə xəbərdarlıq olunsa da, borcu ödəməyib. Bu səbəbdən “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” iddiaçı qismində məhkəməsinə müraciət etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər