Adriana Limanın səhər rejiminə daxil etdiyi xüsusi qida enerji səviyyələrini artırır və onun ümumi sağlamlığını dəstəkləyir. Bu qida tərkibi günə güclü başlanğıc verir, orqanizimin tarazlığını qorumağa və formasını saxlamağa kömək edir. Bəs braziliyalı gözəlin səhər yeməyi nədən ibarət olur?
Teleqraf.com-un verdiyi məlumata görə, sağlam həyat tərzini mənimsəyən Braziliyalı model Lima səhər yeməyində proteinlə zəngin qidalara üstünlük verir.
Yumurta, yulaf əzməsi, avokado və təzə meyvələr səhər yeməyi ənənəsinin əvəzsiz hissəsidir. Bu qidalar gün boyu enerji verir. Lima səhər yeməyinə sağlam yağlar və lifli qidalar əlavə edərək formasını qoruyur.
Səhər yeməyində kişmiş ilə yulaf əzməsi yemək sağlam başlanğıc üçün əla yoldur. Bu birləşmə bədəni enerji ilə təmin edir.
Yulaf əzməsi kompleks karbohidratlar, lif və proteinlə zəngindir. Bu xüsusiyyətləri sayəsində həzmi ləngidir və daha uzun müddət tox qalmağa, qan şəkəri səviyyələrini tarazlaşdıraraq gün ərzində enerjili olmağa kömək edir.
Yulaf əzməsi beta-qlükan adlı xüsusi bir lif növü ehtiva edir. Bu lif pis xolesterol səviyyəsini aşağı salmağa kömək edir və ürək sağlamlığını dəstəkləyir. Bağırsaq sağlamlığı üçün də faydalıdır. Çünki o, müntəzəm bağırsaq hərəkətlərini təşviq edir və həzm sistemini tənzimləyir.
Kişmişli yulaf əzməsi vitamin və mineral mənbəyi kimi də tanınır. Tərkibində bədən üçün lazım olan maqnezium, fosfor, kalium və B vitaminləri kimi qidalar var. Bu minerallar əzələ və sinir funksiyalarını dəstəkləyir, sümük sağlamlığını qoruyur və ümumi enerji istehsalını artırır.
Səhər yeməyində yumurta ağını içmək proteinlə zəngin başlanğıc əldə etmək üçün əla bir yoldur. Yumurta ağı aşağı kalorili protein mənbəyidir, çünki onların tərkibində yağ və ya xolesterol yoxdur, bu da əzələ kütləsini artırmağa və bərpa etməyə kömək edir.